AZ

Bruno Laji “Barselona”ya məğlubiyyətə aydınlıq gətirdi

“Benfika”nın baş məşqçisi Bruno Laji Çempionlar Liqasının 1/8 finalının “Barselona” ilə ilk oyununda ev məğlubiyyətini (0:1) şərh edib.

Arena.az məlumat verir ki, “Benfika” 22-ci dəqiqədən etibarən azlıqda qalmış rəqibin müqavimətini qıra bilməyib, 61-ci dəqiqədə isə qol buraxaraq məğlubiyyətlə barışmalı olub.

Bruno Laji matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Biz oyuna artıq 20-ci saniyədəki fürsətdən başladıq. Daha bir əla məqamla isə oyunu başa vurduq. 90 dəqiqə ərzində bizim çoxlu yaxşı imkanımız vardı, biz fərqli nəticəyə də nail ola bilərdik. Bizə, böyük komandaya qarşı yaratdıqlarımızdan istifadə etmək və mümkün qədər tez bərpa olmaq gərəkdir. Biz Barselonaya qələbə qazanmaq – növbəti mərhələyə adlamaq üçün gedəcəyik. Bu, paltardəyişmə otağında ismarladığımız bir ismarışdır.
Rəqibin azlıqda qalması ilə biz cinah müdafiəçilərini işə salmaq, onların cinah hücumçularını geri çəkilməyə məcbur etmək və meydanın kənarlarındakı azad ərazilərdən, digər taktiki sxemləri qoruyub-saxlayaraq istifadə etmək istədik. Komandam meydanda yaxşı yerləşmişdi – bu, bizə çoxsaylı məqamlar yaratmağa imkan verdi. Növbəti mərhələyə adlamaq iddialarımız azalmayıb”, – UEFA-nın rəsmi saytı portuqal mütəxəssisin qətiyyətlə səsləndirdiyi fikirdən sitat gətirir.

Cavab oyunu çərçivəsində “qartallar” martın 11-də Barselonada “blauqrana”nın “qonağı” olacaqlar.

Seçilən
24
arena.az

1Mənbələr