AZ

Birjadan "Bank Respublika"nın 5 milyon dollarlıq istiqrazları barədə qərar

6 mart 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BANK RESPUBLİKA" ASC-nin 5milyon dollarlıq istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların rəqabətli hərrac üsulu ilə yerləşdirilməsi 13.03.2025-ci il tarixində Bakı Fond Birjasında keçiriləcəkdir.

Qeyd: İstiqrazlar subardinasiya borc şəklində, 8 illik tədavül müddətilə buraxılır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  BANK RESPUBLİKA" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2007002887

İstiqraqzların növü və forması:  Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi/ Rəqabətli

İstiqrazların sayı:  5000 (ədəd)

İlkin ticarət qiyməti:  1000 ABŞ Dolları

Buraxılış həcmi:  5 000 000 ABŞ Dolları

İllik gəlirlilik faizi: 8.5%

Ödəmə periodu: Ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər aydan bir (ayda günlərin sayı 30 (otuz) götürülməklə)

Tədavül müddəti:  8 il

Ticarətə buraxılma tarixi: 13.03.2025

Anderrayter:  “ABB-İnvest İnvestisiya Şirkəti” QSC

Seçilən
22
3
marja.az

5Mənbələr