AZ

"Barselona" ona yeni müqavilə TƏKLİF ETDİ

"Barselona" futbolçusu Frenki De Yonqa yeni müqavilə təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə sport.es saytı məlumat yayıb.

Kataloniya klubu məsələni mövsümün sonuna qədər həll edəcəyinə ümid edir. Yeni sözləşmə 3 illikdir. Müqavilənin şərtlərinə əsasən, 27 yaşlı dayaq yarımmüdafiəçinin maaşı eyni məbləğdə qalacaq (onun təxirə salınmış maaşı istisna olmaqla).

Qeyd edək ki, Frenki De Yonq bu mövsüm "Barselona"nın heyətində 28 oyuna çıxaraq 2 qol vurub və 1 qolun ötürməsini edib. Onun klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Bizim.Media

Seçilən
43
13
bizim.media

10Mənbələr