"Barselona" futbolçusu Frenki De Yonqa yeni müqavilə təklif edib.
Bizim.Media xəbər verir ki, bu barədə sport.es saytı məlumat yayıb.
Kataloniya klubu məsələni mövsümün sonuna qədər həll edəcəyinə ümid edir. Yeni sözləşmə 3 illikdir. Müqavilənin şərtlərinə əsasən, 27 yaşlı dayaq yarımmüdafiəçinin maaşı eyni məbləğdə qalacaq (onun təxirə salınmış maaşı istisna olmaqla).
Qeyd edək ki, Frenki De Yonq bu mövsüm "Barselona"nın heyətində 28 oyuna çıxaraq 2 qol vurub və 1 qolun ötürməsini edib. Onun klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Bizim.Media