AZ

ÇL-da həftənin oyunçusu seçildi

“Liverpul”un qapıçısı Alisson Bekker UEFA Çempionlar Liqasında həftənin oyunçusu adına layiq görülüb.

Futbolpress.az xəbər verir ki, “Real”ın hücumçusu Rodriqo ikinci, “Bavariya”nın hücumçusu Harri Keyn üçüncü, “Arsenal”ın yarımmüdafiəçisi Martin Odeqard isə dördüncü yerdə qərarlaşıb.

Braziliyalı qolkiper PSJ ilə qarşılaşmada (1:0) 9 seyv edərək Çempionlar Liqası matçında karyerasının ən yaxşı performansını sərgiləyib və komandasına qələbə qazandırmağı saxlamağı bacarıb.

Alisson bu mövsüm “Liverpul”un heyətində 26 matçda meydana çıxıb, 20 qol buraxıb və 12 matçda qapısını təmiz saxlayıb.

Seçilən
42
futbolpress.az

1Mənbələr