AZ

ABŞ-Ukrayna nümayəndə heyetləri Səudiyyə Ərəbistanında görüşecekler

ABŞ prezidenti Donald Tramp administrasiyasının nümayəndələri gələn həftə Ukraynadan olan nümayəndə heyəti ilə görüşmək üçün Səudiyyə Ərəbistanına gedəcək, – “Fox News” müxbiri xəbər verir., Kiyev və Vaşinqton arasında görüş martın 12-də baş tutacaq.

“Fox News”un məlumatına görə, Amerika nümayəndə heyətinə ABŞ dövlət katibi Marko Rubio, Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz və prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff daxil olacaq.

“Amerika və Ukraynanın yüksək vəzifəli rəsmiləri gələn çərşənbə günü Səudiyyə Ərəbistanında görüşəcəklər. Milli təhlükəsizlik müşaviri Vals və Zelenskinin aparat rəhbəri dünən görüş keçirməyə razılaşıblar”, – “Axios” portalının jurnalisti iki mənbəyə istinadən X sosial şəbəkəsində yazıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
22
editor.az

1Mənbələr