AZ

Biləsuvarda ov tüfəngindən güllə yarası alan kişi ölüb

Biləsuvar rayonunda ov tüfəngindən güllə yarası alan kişi ölüb.

Sitat.info xəbər verir ki, hadisə Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü İqbal Bəhlul oğlu Bağırov yaşadığı evin həyətində güllə yarası alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
59
7
sitat.info

10Mənbələr