Biləsuvar rayonunda ov tüfəngindən güllə yarası alan kişi ölüb.
Publika.az xəbər verir ki, hadisə Təzəkənd kəndində qeydə alınıb.
Belə ki, 1968-ci il təvəllüdlü İqbal Bəhlul oğlu Bağırov yaşadığı evin həyətində güllə yarası alıb.
Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.