AZ

Rusiya ordusu Donetskdə irəlilədi

Rusiya ordusu Donetsk vilayətində daha bir qəsəbəni ələ keçirib. Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Açıqlamaya görə, Rusiya ordusu Donetsk vilayətində Andreyevka qəsəbəsini ələ keçirib. Açıqlamada, Mərkəzi Hərbi Qrupun qoşunlarının “Donetsk Xalq Respublikası”nda uğurlar qazandığı ifadə edilib.

Həmçinin, Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) istehsal və idarəetmə mərkəzlərinə, sursat anbarlarına, əsgərlərin, hərbi texnikanın və xarici muzdluların yerləşdirildiyi məntəqələrə hücumları təşkil edildiyi bildirilib.

Seçilən
12
2
metbuat.az

3Mənbələr