AZ

Makron Avropa generallarını bir araya toplayır

Avropa ölkələrinin baş qərargah rəhbərlərinin görüşü martın 11-də Parisdə baş tutacaq.

Modern.az xəbər verir ki, bu barədə AFP agentliyi prezident Emmanuel Makrona yaxın olan anonim mənbəyə istinadən məlumat yayıb.

Bir gün əvvəl Makron xalqa müraciətində Ukraynada potensial sülh sazişinə əməl olunmasını təmin etmək üçün əməliyyatda iştirak etməyə hazır olan Avropa ölkələrinin baş qərargah rəislərinin görüşünü elan edib. 

Mənbənin sözlərinə görə, görüş çərşənbə axşamı Fransa Hərbi Məktəbinin təşkil etdiyi Paris Müdafiə və Strategiya Forumu çərçivəsində baş tutacaq. Fransa prezidentinin özü də orada iştirak edəcək.

Seçilən
17
modern.az

1Mənbələr