“Zirə”nin legioneri Salifu Suma ilə bağlı maraqlı məqam ortaya çıxıb.
Avropanın bir neçə klubunun maraq dairəsinə olan qvineya-bissaulu hücumçu uğrunda mübarizəyə son olaraq “Fənərbağça” da qoşulub.
Sportinfo.az xəbər verir ki, 21 yaşlı forvardın vaxtilə yolunun Türkiyədən keçdiyi məlum olub.
Sən demə, “Zirə”nin aparıcı oyunçusu 2021-ci ildə “Kayserispor”la müqavilə imzalayıbmış. 4 il əvvəl Kayseri təmsilçisi onu sınaqdan keçirdikdən sonra heyətdə saxlamaq qərarına gəlib.
Lakin rəsmi müqavilə imzalanmasına baxmayaraq, Suma Türkiyə təmsilçisində heç bir oyunda iştirak etmədən onun müqaviləsinə xitam verilib.
Hətta buna görə futbolçu klubu FIFA-ya şikayət edib, nəticədə “Kayserispor”a 2 transfer dönəmi yeni oyunçu almaq qadağası qoyulub.
Gənc futbolçunun transferində ən iddialı klub Bolqarıstan təmsilçisi MOİK göstərilir.
Salifu Sumanın “Zirə” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.