AZ

Aİ bu haqda razılığa gəldi

Aİ ölkələrinin liderləri Brüsseldə keçirilən sammit zamanı Avropanın 800 milyard avro dəyərində hərbiləşdirilməsi planı barədə razılığa gəliblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Aİ bu haqda bəyanat yayıb.

 “Aİ liderləri Avropa Komissiyasının müdafiəni gücləndirmək planını təsdiqləyiblər”, - bəyanatda qeyd olunub.

Qeyd edək ki, bu planı Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen martın 4-də təklif edib. Təşəbbüs müdafiə üçün 150 milyard avroya qədər borc alan Aİ ölkələrini əhatə edir. AK bu pulu kapital bazarlarından borc götürmək, sonra isə dövlətlərə kredit şəklində qaytarmaq niyyətindədir. Vəsait Ukrayna üçün hava hücumundan müdafiə sistemləri və silahların istehsalına sərf olunacaq.

Seçilən
54
50
qafqazinfo.az

10Mənbələr