AZ

Litva Prezidenti: Aİ-nin hərbi xərclər norması ÜDM-in 3 %-i səviyyəsində müəyyən edilməlidir

Litva Prezidenti Qitanas Nauseda hesab edir ki, Aİ-yə üzv dövlətlər üçün hərbi xərclər standartı onların milli Ümumi Daxili Məhsulun (ÜDM) 3 %-i həcmində müəyyən olunmalıdır.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin fövqəladə müdafiə sammitində iştirak edən Nauseda sosial şəbəkə hesabında yazıb.

"Aİ üzvlərini yeni hədəf təyin etməyə çağırıram – ÜDM-in azı 3 %-ni müdafiəyə xərcləməyə", - paylaşımda deyilir.

Litva liderinin sözlərinə görə, əsas diqqət eyni zamanda NATO-nun şərq cinahına yönəldilməlidir: “Xüsusi diqqət və xüsusi maliyyələşdirmə Aİ-nin xarici sərhədini qoruyan şərq sərhədini əhatə etməlidir”.

Seçilən
74
29
report.az

10Mənbələr