AZ

Meloni: NATO-nun 5-ci maddəsinin Ukraynaya tətbiqi müzakirə olunur

Meloni: NATO-nun 5-ci maddəsinin Ukraynaya tətbiqi müzakirə olunur

İtaliyanın baş naziri Giorgia Meloni hesab edir ki, NATO müqaviləsinin alyansın “bir və ya bir neçə” üzv ölkəyə silahlı hücum zamanı kollektiv cavab tədbirləri nəzərdə tutan 5-ci maddəsinin Ukraynaya tətbiq edilməsi Kiyevin təşkilata daxil olmasına alternativ ola bilər. AFN.az xarici mediaya istinadən xəbər verir ki, siyasətçinin Aİ-nin fövqəladə sammitindən sonra keçirilən mətbuat konfransında verdiyi açıqlamada bu ehtimalın müzakirə olunduğunu bildirib."Düşünürəm ki, NATO-nun 5-ci maddəsinin Ukraynaya tətbiqi daha effektiv olardı. Bu, NATO-ya daxil olmaqdan fərqlidir, lakin bu, üzv dövlətlərin istifadə etdiyi eyni zəmanətlərin Ukraynaya da verilməsi demək olardı. Bu, digər təkliflərdən daha səmərəli, sabit, uzunmüddətli təminat olar. Və biz bunu müzakirə edirik", - deyə Meloni bildirib. O, Kiyev üçün real təhlükəsizlik təminatlarının yalnız Şimali Atlantika Alyansı kontekstində verilə biləcəyinə əminliyini bir daha təkrarlayıb.

Seçilən
45
afn.az

1Mənbələr