AZ

"Reyncers" çox bayram etməsin, cavab görüşü də var" - Mourinyu

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyu UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Reyncers"lə görüşdən danışıb.

Fanat.Az xəbər verir ki, "Metro" portuqaliyalı mütəxəssisin 1:3 hesabı ilə uduzduqları görüşlə bağlı fikirlərini belə təqdim edib: 
 
“Dünənki mətbuat konfransımı dinləsəniz, rəqibimə böyük hörmətlə yanaşdığımı demişdim. Əvvəlki baş məşqçiləri öz fəlsəfəsinə daha çox diqqət yetirirdi və mən bilirdim ki, Barri Ferqyuson daha praqmatik yanaşmaya malikdir. "Reyncers"lilər bacardıqları qədər müdafiə olundular və bunu yaxşı bacardılar. Onların əks-hücumları təhlükəli idi. Mən təəccüblənmirəm.

Qapıçı hər dəfə topa sahib olanda 6-8 saniyə əvəzinə 30 saniyə vaxt aparırdı. İstənilən halda, onlar mübarizə apardılar və qələbəyə layiq idilər. Rəqibə ancaq bir şeyi deyə bilərəm: cavab matçı olduğu üçün çox bayram etməyin. İkinci oyunun sonunda bayram etsələr, onları təbrik edəcəm. Hələlik, sakitləşməyimiz daha yaxşıdır, çünki bu, hələ son deyil”.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü martın 13-də Şotlandiyada baş tutacaq.

Mirağa

Seçilən
16
fanat.az

1Mənbələr