Bu gün Azərbaycan Basketbol Liqasında XVII tura start veriləcək.
İdman.biz xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək.
Yeganə qarşılaşma A qrupunda baş tutacaq. NTD "Naxçıvan"la üz-üzə gələcək. Görüş “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, tura martın 9-da yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
XVII tur
7 mart
A qrupu
19:00. NTD – "Naxçıvan"
Sərhədçi İM
1 | Sabah | 16 | 12 | 4 | 1323-1137 | 28 |
2 | Naxçıvan | 16 | 11 | 5 | 1254-1259 | 27 |
3 | Neftçi | 16 | 8 | 8 | 1163-1128 | 24 |
4 | Sərhədçi | 16 | 6 | 10 | 1210-1176 | 22 |
5 | Abşeron | 16 | 6 | 10 | 1176-1296 | 22 |
6 | NTD | 16 | 5 | 10 | 1182-1280 | 21 |
İdman.biz