Türkiyənin günlərdir danışdığı qadın - meşədə sağ tapılan memar Ece Gürel vəfat edib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda yerləşən Belqrad meşəsində itkin düşən və 4 gün sonra yaralı halda tapılan 36 yaşlı Gürel xəstəxanada həyatını itirib.
Qeyd edək ki, Ece Gürel martın 2-si evindən Belqrad meşəsinə gəzməyə gedəcəyini deyərək çıxmış və itkin düşmüşdü. Yaxınlarının məlumatından sonra axtarış-xilasetmə qrupunun iştirakı ilə meşədə genişmiqyaslı axtarış əməliyyatı başlamışdı. Martın 4-də Belqrad meşəsində həyata keçirilən axtarış tədbirləri zamanı Gürelin mobil telefonu və bəzi şəxsi əşyaları tapılmışdı. Xilasetmə qruplarının 4 günlük axtarışlarından sonra martım 6-sı saat 01:15 radələrində Gürel sıldırım meşəlik ərazidə tapılmışdı.


