AZ

Bakıda qəribə hadisə: Sürücüsü olmayan avtobus qəza törətdi

“Bayraq meydanı yaxınlığında qəzaya uğrayan avtobusda sürücüsü olmayıb”.

Bu məlumatı Oxu.Az-a açıqlamasında Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli verib.”Hadisə bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Neftçilər prospektində qeydə alınıb.

Park vəziyyətində olan “Daewoo” markalı 10-TG-753 dövlət nömrə nişanlı avtobus hansısa nasazlıq səbəbindən hərəkətə gəlib və yol kənarındakı maneəyə çırpılıb. Avtobusda sürücü olmayıb. Fakt araşdırılır”, – deyə T.Nəsirli bildirib.

Seçilən
56
8
tribunainfo.az

9Mənbələr