AZ

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb.

Gundem.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,56 ABŞ dolları və ya 0,78% artaraq 71,96 ABŞ dollarına çatıb.

Qeyd edək ki, ötən gün Azərbaycan nefti 71,4 ABŞ dollarına ticarət edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları qeydə alınıb.

Seçilən
166
35
gundem.az

10Mənbələr