AZ

ABŞ-nin Rusiyadakı Ticarət Palatası Sanksiyaların ləğv edilməsini istədi - Robert Eyci

ABŞ-nin Rusiyadakı Ticarət Palatası ABŞ hökuməti üçün Rusiyaya qarşı bəzi sanksiyaların ləğvini təklif edən tövsiyələr siyahısı hazırlayıb. 

Redaktor.az xəbər verir ki, bu barədə  palatanın rəhbəri Robert Eyci RBC-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, palata ilk növbədə aviasiya sektorunda sanksiyaların aradan qaldırılmasının tərəfdarıdır. Söhbət təyyarələrin ehtiyat hissələrinin tədarükü və texniki dəstəkdən gedir. Eyci vurğulayıb ki, bu, humanitar zərurətdir, çünki mövcud məhdudiyyətlərdən adi vətəndaşlar əziyyət çəkir.

Təşəbbüslərin ikinci dəsti Amerika şirkətləri üçün investisiya qoyuluşlarına qoyulan qadağanın aradan qaldırılmasını nəzərdə tutur. Şirkətlər Rusiyaya sərmayə yatırmaq və istehsalı genişləndirmək istəsə də, mövcud məhdudiyyətlər buna mane olur.

Üçüncü təkliflər toplusu Rusiya banklarına qarşı sanksiyaların ləğvinə aiddir. Bu, transsərhəd ödənişlər problemini həll edərdi. Eyci vurğulayıb ki, bu məhdudiyyətlər səbəbindən “hamımız əziyyət çəkirik”.

Dördüncü yerdə isə dəbdəbəli əşyalar, o cümlədən kosmetika məhsulları sayılan malların tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması təklifi dayanır.

Bundan əvvəl ABŞ-nin  maliyyə naziri Skott Bessent ölkəsinin tərəddüd etmədən anti-Rusiya sanksiyalarını sərtləşdirməyə hazır olduğunu bəyan etmişdi. Onun sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər “birmənalı və aqressiv şəkildə tətbiq olunacaq”.

Aytəkin TOFİQQIZI

Seçilən
18
redaktor.az

1Mənbələr