AZ

Ançelotti hamının önündə Ardanı sərt tənqid etdi

Karlo Ançelottinin“Real Madrid”in Çempionlar Liqasında "Atletiko Madrid"lə oyunundan əvvəl dediyi sözlər barədə maraqlı iddia irəli sürülüb. Metbuat.az xəbər verir ki, Ançelotti, “Belə oynasaq, “Atletiko Madrid”ə qalib gələ bilmərik. Ya qaçmalısan, ya da fərq yaratmalısan” deyə bildirmişdi. İspaniya mətbuatının yazdığına görə, Ançelottinin bu sözlərinin hədəfi Arda Güler olub.

Qeyd edək ki, Karlo Ançelotti jurnalistlərin suallarını cavablandırarkən çox açıq danışmışdı və futbolçularından tutmuş texniki komandasına qədər bir çox insana mesaj göndərməkdən çəkinməmişdi. Bundan əvvəl Ançelotti Ardanın müdafiə tərəfinin zəif olduğunu irəli sürmüşdü. “Real Madrid” - "Atletiko Madrid" matçı 2-1 hesabı ilə yekunlaşıb.

Seçilən
83
27
metbuat.az

10Mənbələr