AZ

Meksika neft ixracı üçün Çinlə danışıqlar aparır

Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Trampın tarif qərarından sonra Meksika öz xam neftini başqa ölkələrə satmaq üçün hərəkətə keçib.

Hafta.az-ın “Reuters”a istinadən yazdığına görə, Meksikanın dövlət neft şirkəti Pemex Asiya və Avropaya, o cümlədən Çinə neft satmaq üçün danışıqlar aparır.

Şəxsiyyətinin açıqlanmaması şərti ilə danışan Meksika hökumətinin rəsmisi deyir: "Avropada və Asiyada,xüsusən də Hindistanda Meksika xam neftinə böyük tələbat var. Onlar ağır xam neft və Pemex xam neftini istəyirlər".

Rəsmi, potensial çinli alıcıların ilk görüşlərdə Pemex xam neftinə "böyük maraq" göstərdiyini və tələblərin neft daşımalarının gedişatını müəyyən edəcəyini bildirib.

Pemex-in ticarət qolu olan PMI Comercio Internacional-dakı iki mənbə deyir ki, Çin, Hindistan, Cənubi Koreya və hətta Yaponiya yüksək nəqliyyat xərclərinə baxmayaraq Pemex nefti üçün uyğun bazarlar təmin edəcək.

Vaşinqtonun vergi qərarından sonra Pemex-in xam neft qiymətlərini aşağı salmağı düşünə biləcəyi də gündəmə gətirildi. Bununla belə, hökumət rəsmisinin “belə bir güzəştdən qəti şəkildə imtina etdiyi” bildirilir.

Rəsmi bildirib ki, ABŞ müştəriləri ilə cari müqavilələrin müddəti bu ay başa çatdıqdan sonra neft daşıyıcıları Asiya və Avropaya yönləndiriləcək. Mənbə əlavə edir ki, ABŞ-dakı alıcılar hələlik müqavilələri ləğv etməyi düşünməyiblər.

Meksika əsas neft istehsalçısı olsa da, ölkənin əksəriyyəti Meksika körfəzində olan köhnə neft yataqlarından hasilat son 10 ilin ən aşağı səviyyəsinə düşüb. Bu səbəbdən Meksika xam neft ixrac etdiyi halda, daha çox ABŞ-dan benzin və dizel almalı olub.

Analitiklər qeyd edirlər ki, neft kəşfiyyatı və hasilatına əhəmiyyətli investisiyalar qoyulmazsa, Meksika gələcəkdə xam neft idxal etməli ola bilər.

Seçilən
13
hafta.az

1Mənbələr