AZ

Ləqəbi ilə məşhurlaşan DÜNYA ULDUZLARI - (FOTO)

Yazını böyüt
Yazını kiçilt

Hollivud ulduzlarının əsl adlarının tamamilə fərqli olduğunu çoxları bilmir. Bəzi sənətçilər şou-biznesdə özünə yer tapmaq və kütlədən fərqlənmək üçün adlarını daha yaddaqalan ad və ya xüsusi ləqəblə dəyişməyə qərar verirlər.

Hafta.az bu məqalədə belə ulduzlardan bəziləri haqda söz açacaq:

Merilin Monro, əsl adı Norma Jan Mortenson

Gözəllik simvolu olan Merilin Monronun əsl adı Norma Jan Mortenson lub. O, aktrisa kimi tanındıqdan sonra sadə adını dəyişdirərək daha cəlbedici bir ad qoymağa qərar verib. "Monro" onun nənəsinin soyadı idi.

Elton Con, əsl adı Reginald Kennet Duqt

Məşhur britaniyalı musiqiçi Reginald Duqt səhnəyə yaddaqalan ad yaratmağa çalışıb. O, "Elton" adını keçmiş qrup yoldaşı Elton Dinə görə, "Con" adını isə sevimli ifaçılarından biri Con Baldrinin şərəfinə seçib.

Ledi Qaqa, əsl adı Stefani Coan Ancelina Germanotta

Müğənni Ledi Qaqanın əsl adı çox uzun olduğundan və yaradıcılığını tam ifadə etmədiyindən o, özünə yeni ləqəb icad edib. Müğənni sənət aləmində orijinal müğənni olmaq istəyib və “Gueen” qrupunun "Radio Ga Ga" mahnısından ilhamlanaraq təxəllüs seçib.

Vupi Qoldberq, əsl adı Karin Elain Conson

Məşhur aktrisa və komediya ustası Vupi Qoldberqin əsl adı Karen Eleyn Consondur. Vupi adı Vupi Kuşayondan gəlir. Gəncliyində çox şən və gülməli olduğu üçün dostları ona bu ləqəbi veriblər. “Qoldberq” isə onun ailə kökləri ilə bağlıdır, anası ona Qoldberq soyadını seçməyi tövsiyə edib ki, səhnə adı daha ciddi və nəzərə çarpsın.

Bruno Mars, əsl adı Peter Cons Ernandez

Məşhur müğənni Bruno özünə qeyri-adi ləqəb seçib. Müğənniyə "Bruno" adını oğlunun məşhur güləşçi Bruno Sammartinoya bənzəməsini istəyən atası verib.

Bruno Mars musiqi karyerasına başlayanda "Hernandez" soyadının yalnız Latın Amerikalı sənətçilərə məxsus olduğunu anladı. Özünü dünya səhnəsində görə bilən müğənni “Mən qeyri-adiyəm, sanki başqa planetdənəm” mənasını verən “Mars” ləqəbini seçib.

Seçilən
23
hafta.az

1Mənbələr