AZ

Tramp bu ölkələrin vətəndaşlarının ABŞ-yə girişini qadağan edəcək


Amerika lideri Donald Tramp bəzi ölkələrin vətəndaşlarının ABŞ-yə girişini qadağan etməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə cümə axşamı “The New York Times” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, Tramp administrasiyası ölkələrin qırmızı siyahısını tərtib etmək üzərində işləyir.
Buraya çox güman ki, Trampın ilk dövründə vətəndaşlarının ABŞ-yə girişi qadağan edilmiş ölkələr də daxil olacaq.
Onların arasında Venesuela, İran, Yəmən, Şimali Koreya, Kuba, Liviya, Suriya, Somali və Sudanın adları çəkilir. Bundan başqa, vətəndaşlarının ABŞ-yə girişi qəti qadağan olunacaq ölkələrin siyahısına Əfqanıstan da əlavə oluna bilər.
Qırmızı siyahı ilə yanaşı, ölkələrin narıncı siyahısı da təqdim ediləcək. Bu ölkələrin vətəndaşlarının ABŞ-yə girişi müəyyən viza növləri və daha qısa qalma müddətləri ilə məhdudlaşdırılacaq.
Seçilən
94
12
yeniavaz.com

10Mənbələr