AZ

Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi 12 dəfəyə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan Böyük Britaniyaya 130,6milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neftvə xam neft məhsulları ixrac edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu göstərici 2024-cü ilin dekabr ayı iləmüqayisədə 528,9 milyon ABŞ dolları və ya 80,2% azdır.

Bununla da Böyük Britaniya Azərbaycanın ən çox neft məhsullarıixrac etdiyi ölkələr sırasında 7-ci pillədə qərarlaşıb.

Eyni zamanda, cari ilin yanvarında Azərbaycanla Böyük Britaniyaarasında ticarət əməliyyatlarının həcmi 194 milyon ABŞ dollarıolub. Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə 177,7 milyon ABŞ dolları və ya 11,9 dəfə çoxdur.

Hesabat ayında Azərbaycandan Böyük Britaniyaya 73,6 milyon ABŞdolları dəyərində məhsul ixrac edilib ki, bu da 2024-cü ilin yanvarayındakı göstəriciyə nisbətən 73,1 milyon ABŞ dolları və ya 166,1dəfə çoxdur.

Bu ilin yanvarında Azərbaycana Böyük Britaniyadan məhsul idxalıillik müqayisədə 104,6 milyon ABŞ dolları və ya 7,6 dəfə artaraq120,4 milyon ABŞ dollarına çatıb.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xariciticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkiledib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə2,1 milyard ABŞ dolları və ya 70,5% çoxdur.

Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illikmüqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910milyon dollar və ya 79,7% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbətsaldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya40,7% çoxdur.

Seçilən
39
1
az.trend.az

10Mənbələr