AZ

Azərbaycanın Böyük Britaniya ilə ticarət həcmi 11,9 dəfə artıb

2024-cü ilin yanvar ayında Azərbaycandan Böyük Britaniyaya 130,6 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin dekabr ayı ilə müqayisədə 528,9 milyon ABŞ dolları və ya 80,2% azalıb.

Buna baxmayaraq, Böyük Britaniya Azərbaycanın ən çox neft məhsulları ixrac etdiyi ölkələr arasında 7-ci sırada yer alır.

Eyni zamanda, yanvar ayında Azərbaycan ilə Böyük Britaniya arasında ticarət əməliyyatlarının həcmi 194 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 177,7 milyon ABŞ dolları və ya 11,9 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycandan Böyük Britaniyaya 73,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Bu, 2023-cü ilin yanvar ayındakı göstəriciyə nisbətən 73,1 milyon ABŞ dolları və ya 166,1 dəfə çoxdur.

Böyük Britaniyadan Azərbaycana məhsul idxalı isə illik müqayisədə 104,6 milyon ABŞ dolları və ya 7,6 dəfə artaraq 120,4 milyon ABŞ dollarına çatıb.

Ümumilikdə, 2024-cü ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 70,5% artım nümayiş etdirir. Ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5 milyard dolları isə idxalın payına düşüb. Xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 285 milyon dollar və ya 40,7% artım göstərir.

Seçilən
31
4
fins.az

10Mənbələr