AZ

Türkiyə və Qırğızıstan arasında sadələşdirilmiş gömrük rejimi ilə bağlı protokol təsdiqlənib

Türkiyə və Qırğızıstan arasında sadələşdirilmiş gömrük rejimi ilə bağlı protokol təsdiqlənib. 

"Report" xəbər verir ki, bu barədə "Resmi Gazete" məlumat yayıb.

Bildirilib ki, sənəd iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini və ticarətin asanlaşdırılmasını nəzərdə tutur.

Bundan başqa, iki ölkə arasında sərhədlərdən keçən mallar və nəqliyyat vasitələri ilə bağlı ilkin məlumat mübadiləsi haqqında protokol da qüvvəyə minib. Sənədə əsasən, Türkiyə ilə Qırğızıstan arasında ticarətin asanlaşdırılması üçün əlverişli mühitin yaradılması, gömrük prosedurlarının sürətləndirilməsi və sərhədlərarası hərəkətə nəzarətin təmin edilməsi nəzərdə tutulur.

Hər iki protokol 2022-ci il iyunun 9-da Bişkekdə imzalanıb. 

Seçilən
23
report.az

1Mənbələr