AZ

Ançelotti çox saqqız çeynəməsindən danışdı - "Nəbzim dəqiqədə 120 dəfəyə qədər döyünür"

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti matçlar zamanı ürək döyüntülərinin artmasından və saqqız çeynəməyin ona köməyindən danışıb. 

Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" italiyalı çalışdırıcının dediklərini belə çatdırıb:

“Bu, sadəcə stressi aradan qaldırmağın bir yoludur. Bəziləri məni buna görə tənqid edir, amma mənim üçün bu, bir vasitədir... Çünki matç başlayanda nəbzim dəqiqədə 120 döyüntüyə qədər yüksəlir, sakit halda isə 63-dür. Ola bilsin ki, saqqız çeynəmək mənə kömək edir”.

Xatırladaq ki, 65 yaşlı mütəxəssis məşqçilik karyerasına 1992-ci ildə başlayıb. Ançelotti məşqçi kimi 5 Çempionlar Liqası titulu da daxil olmaqla, karyerası ərzində 30 kubok qazanıb.

Mirağa

Seçilən
14
27
fanat.az

10Mənbələr