Bütün bunları nəzərə alaraq Azərbaycan foto sənətinin inkişafına töhfə verən ölkənin aparıcı foto təşkilatı “Gilavar Foto Klubu” ictimai birliyi fərqli layihə ilə yeniliyə imza atır. Birlik tərəfindən fotoqrafiya üzrə ödənişsiz təlim kursları keçiriləcək fotoməktəb fəaliyyətə başlayır. “Gilavar Fotoqrafiya Məktəbi” layihəsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.
“PeşəkarSƏN” maarifləndirmə proqramının tərkib hissəsi olan fotoqrafiya məktəbinin əsas məqsədi foto sənətinə marağı olan gənclərə dəstək göstərmək, bu sahədə ilk addım atmaları üçün nəzəri və praktiki bacarıqlara yiyələnmələrinə şərait yaratmaq, peşəkar və yaradıcı fotoqrafların yetişməsinə töhfə verməkdir.
Kursda müsahibə yolu ilə seçilmiş 60-70 nəfər gəncin iştirakı nəzərdə tutulur. Layihədə fotoqrafiyaya maraq göstərən və sosial durumu aşağı olan 18-30 yaş aralığında gənclərə, peşə və ali məktəblərdə təhsil alan tələbələrə üstünlük veriləcək.
Təlim kursu iki yerə bölünərək nəzəri və praktiki hissələrdən ibarət olacaq. Dərslər ölkənin peşəkar fotoqrafları tərəfindən öncədən hazırlanmış proqram əsasında və tədris sisteminə uyğun aparılacaq. İştirakçılara fotoqrafiyanın əsasları, onun qaydaları, fototexnikanın sirləri, fotostudiya şəraitində çəkiliş, fotojurnalistika, fotoredaktə proqramları, video çəkilişlərin aparılması haqqında bilgilər öyrədiləcək, qrup və fərdi tapşırıqlar veriləcək. Fərdi şəkildə sərbəst çəkilişlər apara bilmələri üçün şərait yaradılacaq, gələcəkdə kiçik sahibkar kimi çalışa bilmələri üçün məsləhət və tövsiyələr veriləcək. Həmçinin, gənclərə beynəlxalq fotomüsabiqə və fotosərgilərdə iştirakına dəstək göstəriləcək.
7Mənbələr
-
ikisahil.azGilavar Fotoqrafiya Məktəbi fəaliyyətə başlayır ( 15909385)
-
valyuta.azGilavar Fotoqrafiya Məktəbi fəaliyyətə başlayır - 70 gənc pulsuz qatılacaq ( 15909177)
-
tehsil.biz“Gilavar fotoqrafiya məktəbi” fəaliyyətə başlayır ( 15908041)
-
azertag.az“Gilavar fotoqrafiya məktəbi” fəaliyyətə başlayır ( 15907099)
-
dogru.azGilavar Fotoqrafiya Məktəbi fəaliyyətə başlayır – FOTO ( 15904967)
-
demokrat.azGilavar Fotoqrafiya Məktəbi fəaliyyətə başlayır ( 15904785)
-
baku.newsGilavar Fotoqrafiya Məktəbi fəaliyyətə başlayır ( 15904461)