AZ

Jurnalistin sualı Mourinyonu bezdirdi - VİDEO

Xəbər verdiyimiz kimi, “Fənərbaxça” UEFA Avropa Liqasının 1/8 final mərhələsində öz meydanında “Reyncers”ə 3:1 hesabı ilə məğlub olub.

“Sarı-lacivərdlilər”in baş məşqçisi Joze Mourinyonun matçdan sonra mətbuat konfransında maraqlı anlar yaşanıb.

Belə ki, portuqaliyalı mütəxəssis jurnalistlərdən birinin ünvanladığı sualın həddən artıq uzun olmasına maraqlı reaksiya verib. Sual əsnasında mimika və jestlərlə jurnalistə narazı olduğunu göstərən Mourinyo, yuxusu gəldiyini göstərməyə çalışıb.

Mütəxəssisin bu hərəkəti sosial şəbəkələrdə gündəm olub.

Sözügedən görüntüləri təqdim edirik:/qafqazinfo


Seçilən
108
1
news24.az

10Mənbələr