AZ

AQSİA-dan strateji addım:8 Martda gələcəyin liderlərinə dəstək

Azərbaycan Qadın Sahibkarlarının İnkişafı Assosiasiyası (AQSİA) bu il 8 Mart Beynəlxalq Qadınlar Gününü ənənəvi formatda qeyd etməmək qərarına gəlib. Belə ki, Assosiasiya ADA Universitetinin Hüquq fakültəsindən 10 istedadlı tələbə qızın Avropanın nüfuzlu hüquq müsabiqələrində iştirakına maliyyə dəstəyi ayıraraq strateji bir təşəbbüs həyata keçirib.

AQSİA-dan “İki sahil”ə verilən xəbərə görə, bu qərar ADA Universitetinin hüquq sahəsində əldə etdiyi tarixi nailiyyətlərlə bağlıdır. Universitetin tələbələri ilk dəfə olaraq Avropa Hüquq Məhkəməsi Müsabiqəsində (ELMC) iştirak edərək 80 komanda arasından ilk 48-liyə daxil olub və Fransanın Lyon şəhərində keçiriləcək regional mərhələyə vəsiqə qazanıb. Eyni zamanda, Helga Pedersen Məhkəmə Müsabiqəsində də uğurla iştirak edərək Litvanın Vilnüs şəhərində keçiriləcək mərhələyə dəvət olunublar.

Bu beynəlxalq hüquq müsabiqələri Avropa İttifaqı və Avropa Şurası çərçivəsində həyata keçirilir və hüquq sahəsində gələcəyin ixtisaslı kadrlarını hazırlamağı hədəfləyir. AQSİA-nın dəstəyi ilə ADA Universitetinin tələbələri bu mühüm platformalarda iştirak edərək peşəkar inkişaf yolunda önəmli bir addım atmış olurlar.

AQSİA sədri Səkinə Babayeva təşəbbüsün əhəmiyyətini vurğulayaraq bildirib ki, bu gün dəstək verdiyimiz gənc hüquqşünaslar gələcəkdə ölkəmizin və beynəlxalq hüquq sisteminin inkişafına töhfə verəcəklər: “Onları inamla irəli göndərir və uğurlarına inanırıq.

Layihənin maliyyə dəstəyi AQSİA üzvlərinin illik üzvlük haqları və Assosiasiyanın üzvü olan ADA İnter MMC xaricdə təhsil şirkətinin rəhbəri İradə Ağamirova tərəfindən təmin edilib.

AQSİA bütün üzvlərinə göstərdikləri dəstəyə görə təşəkkür edir. Bu təşəbbüs bir daha sübut edir ki, qadın sahibkarlar yalnız biznes sahəsində deyil, həm də gələcəyin peşəkar liderlərinin formalaşmasına töhfə verməkdə mühüm rol oynayırlar.”

Seçilən
17
4
ikisahil.az

5Mənbələr