AZ

Tariflər kiçik ABŞ bizneslərinə təsir edir

ABŞ prezidenti Donald Trampın Kanada və Meksikaya 25%, Çinə isə əlavə 10% tarif tətbiq etmək planları bu həftə qüvvəyə mindi. Bununla da Çinə tətbiq olunan ümumi tarif 20%-ə çatdı. Bu qərarın bəzi kiçik bizneslərə necə təsir etdiyini görmək üçün Amerikanın Səsinin Vaşinqton müxbiri Kerolayn Presutti Virciniyanın yüksəkliklərində yerləşən ailəvi viski biznesini ziyarət edib.

 

Catoctin Creek Distilling Company-də adi iş günüdür.

Qaynayan çovdar bişmiş çörək ətrini yayır.

“Çovdar orijinal idi. Hər şey məhz burada başlayıb.”

Bekki və Skott Harris çovdar viskisi distillə edirlər.

Çovdar içkiləri ölkənin ilk prezidenti Corc Vaşinqton tərəfindən tətqbi edilən xarici tariflərdən yüz il əvvəl hazırlanmağa başlanılıb.

İndi isə ölkənin hazırkı prezidenti altında bu tariflər onların çovdar viskisini xaricdə satmaq cəhdlərini çətinləşdirir.

Bekki Harris, Catoctin Creek Prezidenti/Baş Distiller:

“Bu, ixracatı daha da çətinləşdirir, elə deyilmi? Çünki mənim məhsulumu alan hər kəs əlavə tarif ödəməli olacaq və bunu heç kim etmək istəmir.”

Təkcə Meksika və Kanadada distribusiya təsirlənmir, həm də xammal – məsələn, bu şüşə butulkalar – baxmayaraq ki, onlar Amerikada istehsal olunur.

Böyük istehsalçılar adətən Meksika və Çindən şüşə alırdılar, lakin ABŞ-da prezident seçkilərindən sonra Amerika şirkətinə keçdilər.

“Biz iki aya qədər Amerika istehsalı olan şüşənin tükənəcəyini və məhsul dövriyyəsini saxlamaq üçün daha bahalı idxal şüşəsi sifariş etməli olacağımızı görürük.”

Harris ailəsinin Meksika və Kanadaya genişlənmək planları darmadağın olub. Kanada mağaza sahibləri artıq onların çovdar viskilərini və digər Amerika istehsalı olan içkiləri rəflərindən çıxarırlar.

Skot Harris, Catoctin Creek Distillery-nin təsisçisi:

“Biz Fransadan bir sifariş almaq üzrə idik, lakin fransız distribyutor bizə dedi ki, ‘Xeyr, hazırda Amerika məhsullarını ora göndərmək üçün yaxşı vaxt deyil.’”

Prezident Donald Tramp bildirir ki, tariflərin tətbiqi dünya liderlərini qeyri-qanuni miqrasiya və narkotik axınını dayandırmağa məcbur edəcək.

“Biz Meksika və Kanadanın etdiklərindən qat-qat artıq iş görməsini istəyirik. Onlar fentanil və digər narkotiklərin ABŞ-a axınını dayandırmalıdırlar. Onlar bunu dayandıracaqlar.”

Prezidentin tərəfdarları tariflərin vacib olduğunu düşünürlər.

Maykl Bernaki, Tramp seçicisi: “Tariflər, məncə, təzyiq vasitəsi kimi vacibdir. Bizim başqa ölkələrdən məhsul alarkən və başqa ölkələrin bizdən məhsul alarkən ədalətli münasibət yaratmağımız üçün lazımdır.”

Bununla belə, səhm bazarı iki gün ardıcıl eniş edərək bununla razılaşmadığını göstərdi.

Desmond Lakman, Amerika Müəssisə İnstitutu: “Ümid budur ki, səhm bazarındakı eniş administrasiyanı bu ticarət siyasətindən geri çəkilməyə məcbur edəcək, çünki ticarət müharibəsi əslində hər iki tərəfin uduzduğu bir oyundur.”

Lakin o vaxta qədər, Lakmanın fikrincə, tariflər və tariflərə cavablar dövrü yenidən və yenidən davam edəcək.

visiontv.az



Seçilən
13
visiontv.az

1Mənbələr