Argentinalı Lionel Messi ABŞ-ın "İnter Mayami" klubunun heyətində ümumilikdə 30 oyun buraxıb.
Offsideplus.az xəbər verir ki, dünya çempionunun heyətdə yoxluğu əsasən 2 səbədən baş verib.
Belə ki, Messi 23 dəfə zədə və digər hallara, 7 dəfə isə Argentina yığmasının düşərgəsində olduğuna görə "İnter Mayami"yə kömək edə bilməyib.
İstedadlı hücumçu son bir həftədə komandasının 2 oyununu buraxıb. O, MLS-də "Hyuston"a və KONKAKAF Çempionlar Liqasında "Kavalyer"ə (Yamayka) qarşı forma geyinməyib.
"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano bu haqda belə deyib: "Mən həkimlərin Messi barədə dediklərinə əməl edirəm. O yorulub. Messisiz oynamağı öyrənmək bizə də çətindir"
Xatırladaq ki, 37 yaşlı futbolçu 2023-cü ilin yayında "İnter Mayami"yə keçib.