Argentinalı Lionel Messi ABŞ-ın "İnter Mayami" klubunun heyətində ümumilikdə 30 oyun buraxıb.

Offsideplus.az xəbər verir ki, dünya çempionunun heyətdə yoxluğu əsasən 2 səbədən baş verib.

Belə ki, Messi 23 dəfə  zədə və digər hallara, 7 dəfə isə Argentina yığmasının düşərgəsində olduğuna görə "İnter Mayami"yə kömək edə bilməyib.

İstedadlı hücumçu son bir həftədə komandasının 2 oyununu buraxıb. O, MLS-də "Hyuston"a və KONKAKAF Çempionlar Liqasında "Kavalyer"ə (Yamayka) qarşı forma geyinməyib. 

"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano bu haqda belə deyib: "Mən həkimlərin Messi barədə dediklərinə əməl edirəm. O yorulub. Messisiz oynamağı öyrənmək bizə də çətindir"

Xatırladaq ki, 37 yaÅŸlı futbolçu 2023-cü ilin yayında "Ä°nter Mayami"yÉ™ keçib.Â