AZ

Azərbaycanda 2 ayda 29 yeni dövlət standartı qəbul edilib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Standartlaşdırma İnstitutu “Standartlaşdırma haqqında” qanuna və qüvvədə olan digər normativ-hüquqi aktlara əsasən 29 yeni dövlət standartı qəbul edib.

"Report" AZSTAND-a istinadən xəbər verir ki, bu stanbdartlar müxtəlif sahələr üzrə istehlak olunan məhsulların, istehsal proseslərinin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.

Qida texnologiyası və kənd təsərrüfatı – 12 yeni dövlət standartı

AZS 235:2025 – İçalat kolbasaları, ümumi texniki şərtlər

AZS 154:2025 – Pambıq mahlıcının yetişkənliyinin müəyyən edilmə metodları

AZS 969:2025 – Pambıq mahlıcının qüsur və zibil qarışıqlarının müəyyən olunma metodları

AZS 237:2025 – Konservləşdirilmiş ədviyyatlı qara zeytun, texniki şərtlər

AZS 204:2025 – Karamel tipli şərq şirniyyatları, ümumi texniki şərtlər

AZS 209:2025 – Meyvə lavaşı, texniki şərtlər

AZS 228:2025 – Dondurma, ümumi texniki şərtlər

AZS 326:2025 – Qurudulmuş ədviyyat qarışıqları, texniki şərtlər

AZS 315:2025 – Toyuq ətindən hisə verilmiş-bişirilmiş məhsullar, texniki şərtlər

AZS 212:2025 – Qatılaşdırılmış balqabaq şirəsi, texniki şərtlər

AZS ГОСТ 33336:2025 – Köpüklənən şərablar, ümumi texniki şərtlər

AZS 113:2025 – Tünd meyvə içkiləri, ümumi texniki şərtlər

Tikinti materialları – 3 yeni dövlət standartı

AZS EN 1024:2025 – Kəsintili döşənmə üsulu ilə vurulan keramik dam örtüyü plitələrinin həndəsi xüsusiyyətlərinin təyini

AZS EN 1304:2025 – Keramik dam örtüyü plitələri və fitinqlər, məhsula dair anlayışlar və xüsusiyyətlər

AZS EN 12201-1:2025 – Su təchizatı, drenaj və təzyiqli tullantı suları üçün plastik boru kəməri sistemləri, ümumi tələblər

İnformasiya, telekommunikasiya və elektrotexnika – 4 yeni dövlət standartı

AZS EN 30-2-1:2025 – Qaz ilə işləyən məişət mətbəx texnikası, enerjidən səmərəli istifadə

AZS EN 15218:2025 – Buxarlandırıcı ilə soyutma kondensatorlu kondisionerlər və mayeli soyuducu aqreqatlar

AZS ISO/IEC 27701:2025 – Fərdi məlumatların idarə edilməsi üzrə tələblər və təlimatlar

AZS IEC 62512:2025 – Məişət qurutma funksiyalı elektrik paltaryuyan maşınlar, effektivliyin ölçülmə üsulları

Neft-qaz və əlaqəli texnologiyalar – 5 yeni dövlət standartı

AZS 446:2025 – Benzin mühərrikləri və universal motorlar üçün yağlar

AZS ГОСТ 20502:2025 – Yağlar və aşqarlar üzrə korroziya təyini üsulları

AZS 449:2025 – Soyuducu maşınlar üçün yağlar

AZS 448:2025 – Sənaye yağları, texniki şərtlər

AZS 589:2025 – Transformator yağları (T-1500-30 və T-1500-45 markaları)

Ətraf mühit – 2 yeni dövlət standartı

AZS ISO 16075-1:2024 – Təmizlənmiş tullantı sularının suvarma layihələrində istifadəsi üzrə təlimatlar

AZS ISO 12846:2025 – Suyun keyfiyyəti üzrə civənin təyini üsulları

Nəqliyyat – 3 yeni dövlət standartı

AZS ECE 83:2025 – Nəqliyyat vasitələrinin emissiya standartları

AZS ECE 100:2025 – Elektrik ötürücülərinə dair tələblər

AZS ECE 101:2025 – Karbon 4-oksidin həcminin və yanacaq sərfinin ölçülməsi

Bundan başqa, hesabat dövründə 22 dövlət standartı dövrü yoxlanılıb və onlara dəyişiklik edilib. Bunlar, əsasən qida məhsulları, sənaye yağları, nəqliyyat vasitələri və suyun keyfiyyəti ilə bağlı standartları əhatə edir.

19 dövlət standartı ləğv edilib. Onların arasında sənaye yağları, nəqliyyat vasitələrinin emissiya standartları, pambıq mahlıcının texniki tələbləri və müxtəlif qida məhsulları ilə bağlı standartlar yer alır.

Sahibkarların sifarişi əsasında 30 texniki şərt hazırlanıb, ekspertizadan keçərək dövlət qeydiyyatına alınıb. 

Seçilən
28
report.az

1Mənbələr