AZ

Suriya Silahlı Qüvvələri Latakiyaya artilleriya zərbəsi endirib

Ölkənin yeni administrasiyasına bağlı Suriya silahlı qüvvələri Suriyanın keçmiş prezidenti Bəşər Əsəd tərəfdarları ilə toqquşma zamanı Latakiyadakı yaşayış məntəqələrini artilleriya atəşi ilə vurur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS-a ştatdakı mənbə bildirib.

Agentliyin mənbəsi qeyd edib ki, Cəblə şəhəri yaxınlığında atəş səsləri “bütün gecə eşidilib”.

“Üsyançıların dəstəyi haradan aldığı bəlli deyil”,- deyə bildirilib.

Seçilən
5
operativmm.az

1Mənbələr