AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasında XXV turunda baş verənlər müzakirə olunub.
Qurum yalnız bir oyunda pozuntu qeydə alıb. “Turan Tovuz” – “Zirə” oyununda ev sahiblərinin azarkeşləri tərəfindən meydan istiqamətinə kənar əşya atılıb. Buna görə “Turan Tovuz” 800 manat cərimələnib.
Qeyd edək ki, "Turan Tovuz" matçında qonaq komanda 2:0 hesabı ilə qalib gəlib.