Latviya Aİ-ni Şengen-i ruslar üçün həmişəlik bağlamağa çağırıb.
Latviya Daxili İşlər Nazirliyinin rəhbəri Rihards Kozlovskis Rusiya vətəndaşlarının Avropa üçün təhlükə yaratdığını bəyan edib.
Onun sözlərinə görə, turist vizalarının verilməsi həm Rusiya-Latviya sərhədində, həm də ölkə daxilində təhlükəsizlik orqanlarının işinə mənfi təsir göstərir.
Departament rəhbəri vurğulayıb ki, Aİ-yə üzv ölkələr “rus turistlərinin yaratdığı təhlükəni ciddi qəbul etməli” və belə bir xidmətdən imtina etməlidirlər.