Bakı. Trend:
Azərbaycanda jurnalistlər media fəaliyyətinə görə deyil,kənardan qeyri-şəffaf maliyyələşmə, xarici dövlətlərin məxfi siyasilayihələrində təsir agentlərinə çevrildiklərinə görə məsuliyyətdaşıyırlar.
Trend xəbərverir ki, bunu İnsan hüquqları komitəsinin sədri Zahid Orucparlamentin bu gün keçirilən plenar iclasında İnsan hüquqları üzrəmüvəkkilin 2024-cü ildə ölkədə insan hüquqlarının qorunmasıhaqqında illik məruzəsinin müzakirəsi zamanı çıxışında deyib.
“Məsələn, “Abzas Media” layihəsi əsla KİV deyil, xəfiyyə vəhibrid mübarizə platformasıdır. BBC, “Amerikanın Səsi”, “Rossiyaseqodnya” və digər media subyektləri, eləcə də UNDP və ya "Rus evi"kimi mədəni-humanitar çətir altında çalışan təşkilatlarla bağlıdövlətimizin seçdiyi prinsip beynəlxalq qanunlara və milli ləyaqətprinsiplərinə tamamilə uyğundur. Belə ki, ölkəmiz simmetrikmünasibət tələb edir, əks halda məhdudlaşdırma tədbirlərinə qərarverilir. Yəni, bizə göstərilən münasibət təkrarlanır”, - deyəkomitə sədri bildirib.
Zahid Oruc insan hüquqları təşkilatlarının fəaliyyətindən də sözaçıb.
“HRW, Freedom House və digər təşkilatlar son 4 ildə birzəngilanlının, şuşalının azad torpaqlara qayıdışına, o cümlədən,mina terroruna hesabat həsr etməyiblər. İnsan hüquqlarının selektivtətbiqi-özünü hüquq istismarçıları və qlobal prokurorlar kimiaparanların inhisarında olan sahəyə çevrilmişdi. Artıq hüquqmonpolistlərinin hakimiyyəti iflasa uğrayır.
BMT-nin bir sıra qurumlarının yerli ofislərinin, həmçinin,Qırmızı Xaç Cəmiyyətinin 90-cı illərlə müqayisədə Vətənmüharibəsində və ondan sonrakı fəaliyyəti nizamnamə tələblərinəuyğun olmayıb, anti-Azərbaycan planlarına xidmət edirdi. İtkindüşən şəxslərlə bağlı artıq yeni beynəlxalq qurum Bakıdadır vəxaçsız humanist məqsədlərə xidmət edəcəkdir.”, - deyə deputat qeydedib.