AZ

Kanada ABŞ ilə ticarət müharibəsində əsas üstünlüyünü açıqladı– ÖZƏL

Olaylar.az xəbər verir ki, Kanadanın baş naziri Castin Trüdo bildirib ki, hökumət ABŞ-nin Kanada mallarına tətbiq etdiyi tariflərin tamamilə ləğvinə nail olmağa çalışır.

"Bizim prioritetimiz bu tariflərin aradan qaldırılması üçün fəal işimizi davam etdirməkdir. Kanada və ABŞ arasında ticarət maneələri olmamalıdır", - deyə Trüdo vurğulayıb.

O, həmçinin vətəndaşları yerli istehsalçıları dəstəkləməyə və Kanada məhsulları almağa çağırıb.

Baş nazirin sözlərinə görə, Kanada yalnız ABŞ eyni addımı atdıqdan sonra cavab tariflərini ləğv edəcək.

Qeyd edək ki, 1 fevralda Donald Trampın fərmanı ilə ABŞ Kanada və Meksikadan idxal edilən mallara tarifləri 4 martdan etibarən 25%-ə yüksəldib. Çin məhsullarına gömrük rüsumları isə 10%-dən 20%-ə artırılıb. Buna cavab olaraq, Kanada da oxşar tədbirlər görüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr