AZ

Hərbi-nəqliyyat vasitələrinin Silahlı Qüvvələrə təqdim olunmamasına görə cərimələr artırılır

Bakı. Trend:

Hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin pozulmasınagörə cərimələr artırılır.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, dövlət və yerli özünüidarəetməorqanları, nəqliyyat vasitələrinin mülkiyyətçisi (sahibi) olantəşkilatlar müvafiq icra hakimiyyəti tərəfindən orqanının sorğusunaəsasən nəqliyyat vasitələrinin mövcudluğu və texniki vəziyyətibarədə məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər300 manatdan 500 manatadək məbləğdə, hüquqişəxslər 900 manatdan 1 100 manatadək məbləğdəcərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, vəzifəli şəxslər150 manatdan 250 manatadək məbləğdə, hüquqişəxslər 350 manatdan 550 manatadək məbləğdə cəriməedilir.

Səfərbərlik tapşırıqlarına uyğun olaraq hərbi-nəqliyyatvasitələrinin Silahlı Qüvvələrə və qanunvericiliyə uyğun olaraqyaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrəmüəyyən edilmiş qaydada təqdim olunmamasına görə vəzifəli şəxslər400 manatdan 600 manatadək məbləğdə, hüquqişəxslər 1000 manatdan 1 200 manatadək məbləğdəcərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, vəzifəli şəxslər200 manatdan 300 manatadək məbləğdə, hüquqişəxslər 400 manatdan 600 manatadək məbləğdə cəriməedilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşdaqəbul olunub.

Seçilən
25
az.trend.az

1Mənbələr