Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kredit tarixçələrini kredit bürosuna təqdim etmək məsuliyyətindən azad edilirlər.Metbuat.az xəbər verir ki, bununla bağlı “Kredit büroları haqqında” qanunda dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında ilk oxunuşda müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməklə bağlı məsuliyyətdən azad ediləcək.Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.