AZ

Paşinyan didişən komanda üzvlərini hədələdi

Ermənistanda hakim komanda martın 30-da Gümrüdə keçiriləcək seçkilərdə qələbənin tam təmin olunması işi ilə məşğuldur. 

Sarik Minasyanın məğlub olacağı təqdirdə, hamının buna görə cavab verəcəyi barədə “Vətəndaş Müqaviləs”i Partiyasının Gümrüdəki üzvlərinə ciddi xəbərdarlıq edilib.

“Cebheinfo.az”-ın məlumatına görə, “Hraparak” qəzeti belə yazıb. “Bu, Sarikin yox, “Vətəndaş Müqaviləsi”nin məğlubiyyəti olacaq. 

Fakt budur ki, Gümrüdəki “Vətəndaş Müqaviləsi” strukturunun nümayəndələri, yumşaq desək, bir-biriləri ilə didişirlər”,-deyə adıçəkilən nəşr qeyd edir.

Karen Saruxanyan və Sarik Minasyan bir-birləri ilə demək olar ki, ünsiyyət yaratmırlar. “Vətəndaş Müqaviləsi”nin böyük bir qrupu isə Anna Akopyanın qohumu, əslində Sarik Minasyanı əvəz edən Vaahn Mkrtçyanla yola getmir. Amma şəxsi münasibətlərə görə seçkiləri pozmamaq üçün Paşinyan onları məğlub olacağı təqdirdə hamının cəzalandırılacağı və mövqelərini itirəcəkləri ilə hədələyib”,- “Hraparak” belə yazır. 

Seçilən
17
cebheinfo.az

1Mənbələr