""Yaşıl" təyinatlı SOCAR istiqrazlarının abunə yazılışının yekunlaşması ilə bağlı tədbirdə iştirak etdik".
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir qeyd edib ki, Azərbaycan daim qlobal iqlim gündəliyinə sadiqliyini nümayiş etdirir:
"Yaşıl istiqrazlarla bağlı layihə də iqlim təhlükəsizliyinə töhfə verən COP29 irsinin uğurlu davamıdır. Layihə ölkəmizdə innovativ texnologiyaların tətbiqi və enerji səmərəliliyinin artırılmasına xidmət edəcək.
İstiqrazlara marağın yüksək olması SOCAR-ın beynəlxalq investorlar qarşısında etibarlı tərəfdaş mövqeyinin bariz təzahürüdür.
Layihənin hazırlanmasında və uğurla həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirik".