AZ

Dəmir yolu nəqliyyatında sərnişinin biletsiz aparılmasına görə cərimə 2 dəfə artırılır

Bakı. Trend:

Dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyinin təminedilməsi qaydalarının pozulmasına görə cərimələr artırılır.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, dəmir yolunun, mühafizə çəpərlərinin vədigər yol obyektlərinin, qurğularının və avadanlığınınzədələnməsinə görə inzibati xəta nəticəsində vurulmuşziyanın bir mislindən iki mislinədək miqdarda cəriməediləcək. Mövcud qanunvericiliyə əsasən, yüz əlli manatməbləğində cərimə tətbiq edilir.

Yük vurulması və boşadılması zamanı müəyyən olunmuş qabaritlərəəməl edilməməsinə görə fiziki şəxslər 60 manatməbləğində, vəzifəli şəxslər 200 manatməbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən,fiziki şəxslər 30 manat məbləğində, vəzifəlişəxslər 100 manat məbləğində cərimə edilir.

Dəmir yollarına qatarların hərəkətini poza bilən predmetlərqoyulmasına görə 400 manat məbləğində cəriməediləcək. Mövcud qanunvericiliyə əsasən, 200 manatməbləğində cərimə tətbiq edilir.

Yük qatarlarında özbaşına getməyə, hərəkət edən qatara minməyəvə ondan düşməyə, vaqonların pillələrində və damlarında getməyə,ehtiyac olmadan qatarı özbaşına dayandırmağa görə 100 manatməbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən,50 manat məbləğində cərimə tətbiq edilir.

Dəmir yolu nəqliyyatı vasitələrinin zədələnməsi və daxiliavadanlığının dəmir yolu nəqliyyatı vasitələrinin və daxiliavadanlığının zədələnməsinə görə inzibati xəta nəticəsindəvurulmuş ziyanın bir mislindən iki mislinədəkmiqdarda cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən,vaqonların, yaxud lokomotivlərin şüşələrinin və ya daxiliavadanlığının zədələnməsinə görə 100 manatməbləğində cərimə edilir.

Yükdaşıma üçün nəzərdə tutulmuş dəmir yolu nəqliyyatıvasitələrinin, yaxud daşıma mexanizmlərinin zədələnməsinə görəinzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindəniki mislinədək miqdarda cərimə ediləcək. Mövcudqanunvericiliyə əsasən, 100 manat məbləğindəcərimə tətbiq edilir.

Yük vaqonlarının, konteynerlərin zədələnməsinə, plomblarının vəkilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrıyükləri və onların qutularını, paketlərini, dəmir yolustansiyalarının, konteyner məntəqələrinin (meydançalarının) vəyükdaşıma ilə əlaqədar işlər üçün istifadə edilən anbarlarınhasarlarını zədələməyə görə inzibati xəta nəticəsindəvurulmuş ziyanın bir mislindən iki mislinədəkmiqdarda cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən,150 manat məbləğində cərimə tətbiq edilir.

Dəmir yolu nəqliyyatında sərnişinin biletsiz və ya müvafiqqaydada ödəniş edilmədən aparılmasına görə 80 manatməbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən,dəmir yolu nəqliyyatında sərnişinin biletsiz aparılmasına görə40 manat məbləğində cərimə tətbiq edilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşdaqəbul olunub.

Seçilən
74
12
az.trend.az

10Mənbələr