AZ

Ehtiyatda olan hərbçilər bu hallarda 700 manatadək cərimə ediləcək

Bakı. Trend:

Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkənhərbi geyim formasını daşımaq hüququ verilmiş şəxsin hərbi geyimformasını qanunla nəzərdə tutulmamış hallarda daşımasına görəcərimələr müəyyənləşir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və yaistefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmişşəxsin hərbi geyim formasını qanunla nəzərdə tutulmamış hallardadaşımasına görə 500 manatdan 700 manatadəkməbləğdə cərimə ediləcək.

Bundan əlavə, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbiqulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olanhərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görəinzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim formasımüsadirə edilməklə 800 manatdan 1000 manatadəkməbləğdə cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən,inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim formasımüsadirə edilməklə 300 manatdan 500 manatadəkməbləğdə cərimə edilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşdaqəbul olunub.

Seçilən
37
6
az.trend.az

6Mənbələr