AZ

Biletsiz sərnişin aparmaya görə cərimə 2 dəfə artırılır

Dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə cərimələr artırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, dəmir yolunun, mühafizə çəpərlərinin və digər yol obyektlərinin, qurğularının və avadanlığının zədələnməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə ediləcək. 

Mövcud qanunvericiliyə əsasən, yüz əlli manat məbləğində cərimə tətbiq edilir.

Yük vurulması və boşadılması zamanı müəyyən olunmuş qabaritlərə əməl edilməməsinə görə fiziki şəxslər 60 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, fiziki şəxslər 30 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində cərimə edilir.

Dəmir yollarına qatarların hərəkətini poza bilən predmetlər qoyulmasına görə 400 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 200 manat məbləğində cərimə tətbiq edilir.

Yük qatarlarında özbaşına getməyə, hərəkət edən qatara minməyə və ondan düşməyə, vaqonların pillələrində və damlarında getməyə, ehtiyac olmadan qatarı özbaşına dayandırmağa görə 100 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 50 manat məbləğində cərimə tətbiq edilir.

Dəmir yolu nəqliyyatı vasitələrinin zədələnməsi və daxili avadanlığının dəmir yolu nəqliyyatı vasitələrinin və daxili avadanlığının zədələnməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, vaqonların, yaxud lokomotivlərin şüşələrinin və ya daxili avadanlığının zədələnməsinə görə 100 manat məbləğində cərimə edilir.

Yükdaşıma üçün nəzərdə tutulmuş dəmir yolu nəqliyyatı vasitələrinin, yaxud daşıma mexanizmlərinin zədələnməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 100 manat məbləğində cərimə tətbiq edilir.

Yük vaqonlarının, konteynerlərin zədələnməsinə, plomblarının və kilidlərinin zədələnməsinə, plomblarının qırılmasına, ayrı-ayrı yükləri və onların qutularını, paketlərini, dəmir yolu stansiyalarının, konteyner məntəqələrinin (meydançalarının) və yükdaşıma ilə əlaqədar işlər üçün istifadə edilən anbarların hasarlarını zədələməyə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 150 manat məbləğində cərimə tətbiq edilir.

Dəmir yolu nəqliyyatında sərnişinin biletsiz və ya müvafiq qaydada ödəniş edilmədən aparılmasına görə 80 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, dəmir yolu nəqliyyatında sərnişinin biletsiz aparılmasına görə 40 manat məbləğində cərimə tətbiq edilir.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Mina Mikayılova

Seçilən
74
10
bakivaxti.az

10Mənbələr