AZ

ABŞ şirkəti Ukraynanın peyk şəkillərinə çıxışını əngəlləyib

Amerikanın "Maxar Technologies" aerokosmik şirkəti Ukraynanı peyk şəkillərinə girişdən məhrum edib...

Poliqon xənər verir ki, bu barədə Ukrayna mediası yazır.

Xidmətin bir neçə istifadəçisi nəşrə müsahibəsində məlumatlara daxil ola bilmədiklərini bildiriblər. Bloklamanın rəsmi səbəbi kimi "inzibati tələb əsasında" girişə icazə verilməməsi göstərilir.

Nəşrin jurnalistləri qeyd ediblər ki, bağlanma ABŞ administrasiyasının Ukraynaya kəşfiyyat məlumatları verməyi dayandırmasının nəticəsidir.

Nəşr vurğulayır ki, peyk görüntülərinin qəbuluna qoyulan məhdudiyyət həm ölkə hökumətinə, həm də özəl istifadəçilərə təsir edib.

Martın 4-də Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını rəsmən təsdiqləyib. Bu qərar fevralın 28-də Ağ Evin Oval kabinetində Trampla Zelenski arasında mübahisədən sonra verilib. Kiyev Rusiya ilə sülh danışıqlarına hazır olduğunu nümayiş etdirməyənə qədər ABŞ-ın Ukraynaya kömək edəcəyi gözlənilmir.

Bundan başqa, ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırıb. Vaşinqtonun təkidi ilə ingilislər də Kiyevə məlumat verməyi dayandırıblar.

Poliqon.info

Seçilən
174
3
poliqon.info

10Mənbələr