Kanadanın Kvebek əyalətinin senatoru Brazo özünün X hesabında etdiyi paylaşımda ABŞ prezidentinin oğlu kiçik Trampı xeyriyyə boks matçında iştirak etməyə çağırıb.
Turkustan.az xəbər verir ki, Brazo yazısında, "Trampın Kanadaya qarşı saxta tarifləri ilə əlaqədar olaraq, sizi xərçəng tədqiqatları və ya seçdiyiniz hər hansı bir təşkilat üçün pul toplamaq üçün mübarizəyə çağırıram" deyə, bildirib.
Kanadalı senator, həmçinin "Ölkəm üçün döyüşəcəm. Bəs siz?"- deyə, əlavə edib.
Bildirək ki, Brazo 2012-ci ildə Kanadanın baş naziri Castin Trüdoya boks matçında uduzmuşdu.
ABŞ prezidenti Tramp vəzifəyə gəldiyi gündən “Kanada ABŞ-ın 51-ci ştatı olmalıdır” ifadəsini işlədir və Trüdoya “qubernator” kimi müraciət edir.
AytənYaşar/ Turkustan.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta