AZ

İğdır-Naxçıvan qaz kəmərinin perspektivləri nə vəd edir?

“İğdır-Naxçıvan təbii qaz boru kəmərinin istismara verilməsi Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 

Xüsusilə Naxçıvanda sənayeləşmə proseslərinin genişləndirilməsi və sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı ciddi çağırışlar mövcuddur”.

Bunu "Cebheinfo.az"-a görkəmli elm xadimi, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov İğdır-Naxçıvan təbii qaz boru kəmərinin istismara verilməsi ilə bağlı açıqlamasında deyib.

O bildirib ki, qaz kəmərinin istismara verilməsi bir sıra sosial-iqtisadi problemlərin həllinə töhfə verəcək:

"İlk növbədə, yeni və yüksək əməkhaqqı təklif edən iş yerlərinin açılması, əmək resurslarının iqtisadiyyatda daha aktiv iştirakını təmin edəcək. Bununla yanaşı, əmək bazarının tələbləri ölkənin təhsil sektorunda yeni çağırışlara yol açacaq.

Bu isə öz növbəsində təhsil sisteminin, xüsusilə də Naxçıvanda təhsilin inkişafına müsbət təsir göstərəcək. Ümumilikdə, işgüzar fəaliyyətlərin stimullaşdırılması əmək bazarına, insan kapitalına və elm tutumlu layihələrin reallaşdırılmasına müsbət təsir edəcək. Bütün bu amillər enerji təminatının və enerji generasiyasının həcminin artmasına səbəb olacaq".

Elşad Məmmədov vurğulayıb ki, bölgədə qaz təminatının və enerji təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi Naxçıvanda iqtisadi və sosial layihələrin inkişafına güclü təkan verəcək:

"İqtisadi inkişaf dərinləşdikcə, Naxçıvanın qaza olan tələbatının yaxın perspektivdə artacağı gözlənilir.

Bu qaz kəmərinin istismara verilməsi isə şübhəsiz ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi vəziyyətinə müsbət təsir göstərəcək".

Seçilən
25
cebheinfo.az

1Mənbələr